22 minə yaxın uşaq itkin düşüb

İtən uşaqların 70-80 faizi qızdır
22 minə yaxın uşaq itkin düşüb

Türkiyə Statistika İnstitutunun məlumatına əsasən, 2008-2011-ci illər ərzində ölkədə 27 min uşaq itkin düşüb. Bu barədə trend bazar ertəsi "CNN Türk" telekanalına istinadən məlumat verib. İtən uşaqların 16,2 mini qızdır. Məlumata görə, yalnız 5,7 min uşağı tapmaq mümkün olub.

Bununla belə, Türkiyənin daxili işlər naziri İdris Naim Şahin Statistika İnstitutunun məlumatlarını təkzib edərək onları qeyri-dəqiq adlandırıb. Şahin iddia edir ki, hazırda Türkiyədə yalnız min uşaq itkin düşmüş hesab edilir.

Nazir bu məsələdə qeyri-dəqiqliyi onunla izah edir ki, bütün tapılmış uşaqların heç də hamısı bu qisimdə rəsmi qeydiyyata alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə