18 yaşlı qız ata-anasının gözü qarşısında can verdi

18 yaşlı qız ata-anasının gözü qarşısında can verdi

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şorsulu kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Qara Əmiralı oğlu idarə etdiyi "Belarus" markalı traktorla ailə üzüvləri ilə evə gedərkən arxadan gələn "Mersedes" markalı maşın zərblə çırpılıb.

Nəticədə traktor yolun kənarına aşıb. Hadisə zamanı "Mersedes"in sürücüsünə, traktorçunun arvadına bir şey olmasa da, Qara Əliyev və onun 18 yaşlı qızı Aysel Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Aysel Əliyeva ağır yara aldığından yoldaca keçinib. Traktorun sürücüsünə isə həkimlər tərəfindən ilk yardım göstərilərək ambulator müalicəyə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə