Səbail rayonunda yaşayış binasında yanğın olub

Səbail rayonunda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında güclü yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 126 kvadratmetr olan üçotaqlı mənzildə bacanın ətrafı 15 kv.m sahədə, 3-cü mərtəbəsində digər vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi 8 kv.m və arakəsmə divarı 2 kv.m sahədə (ümumi 25 kv.m) yanıb. Yanğın zamanı 20 nəfər bina sakini, o cümlədən, yataq xəstəsi olan 1 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillərin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə