Mişar daşı ilə dolu yük maşını aşıb

Mişar daşı ilə dolu yük maşını aşıb

Sabirabadda mişar daşı ilə dolu yük maşını durduğu vəziyyətdə aşıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün gunorta saatlarında Hacıqabul Bəhrəmtəpə Mincivan avtomobil yolunun 45 km də Sabirabad rayonu ərazisində qeydə alınıb.

Fizuli rayon sakini 33 yaşlı Qafarov Xalid Məhəmməd oğlunun idarə etdiyi "Hova" markalı yük maşını yanacağ doldurma məntəqəsinin yanında saxlayarkən anidən aşıb. Yük maşını mişar daşı ilə dolu yanacağ doldurma məntəqəsinin yanacağ kalonkasının üzərinə aşıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Hadisənin başvermə səbəbinə gəldikdə isə sürücünün dediyinə görə, yolun kənarında qazıntı işləri aparılaraq üzəri palçığla örtülüb və yük maşının ağırlığına dözməyərək dağılıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə