Xaldan-Mingəçevir yolunun 5-ci kilometrliyində 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini, 1975-ci il təvəllüdlü Rüstəmov Azər Sədiyar oğlunun idarə etdiyi 90 RS 875 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı minik maşını qarşı tərəfdən gələn Yevlax rayonunun Bəydilli kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədov Yaşar İsmayıl oğluna məxsus 10 GP 359 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik maşını ilə toqquşub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və "Nissan X-Trail"in sürücüsünün həyat yoldaşı, 1980-ci il təvəllüdlü Rüstəmova Suğra Əflatun qızı, onun 16 yaşlı qızı Jalə Rüstəmova və digər avtomobildəki sərnişin, Şəki sakini Rəhimov İdris Heydərəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB