Ötən gün 18:20 radələrində Qızıldaş - Müşviqabad yolunda Cəlilabad rayon sakini Vüsal Əsgərovun idarə etdiyi "UAZ" markalı avtomaşın idarəetməsini itirərək aşıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü V.Əsgərov və sərnişin S.İsmayılov hadisə yerində keçiniblər. Avtomobildə olan digər sərnişin Damət Sultanov isə Kliniki Tibbi Mərkəzə çatdırılsa da orada həyatını itirib.
Bununla yanaşı, ötən gün 03:30 radələrində Y.Səfərov küçəsində Anar Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla Səid Quluzadənin idarə etdiyi "VAZ-2108" markalı avtomaşın toqquşub. Nəticədə hər iki sürücü və avtomobildə olan sərnişin Kənan Qulamov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə daxil olublar. Avtomaşında olan digər sərnişinlər Gülşən Xəlilova və Elsəvər Kazımov isə hadisə yerində vəfat ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB