Ağcabədinin Hindarx qəsəbəsində baş verən hadisədə iş adamı Sabir Heydərovun şəxsi avtomobilindən naməlum şəxslər 26 min manat pul oğrulayıblar. Axşam saatlarında yaşadığı evin qarşısında maşını küçədə saxlayan iş adamını, sahibi olduğu mağazadan gətirdiyi pulu avtomobildə qaldığını xatırlayıb geri dönür. Maşının oturacağına qoyduğu pulun yerində görmədikdə dərhal polisə müraciət edir.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, oğurluq edən şəxslər 27 yaşlı rayon sakini Ramin Səbbaqi, 25 yaşlı Zamin Quluyev və 26 yaşlı Yusif Cəfərov olub. Cinayətkar şəxslər əldə etdikləri pulun 800 manatına ümumi çəkisi 150 qram olan qurudulmuş marixuana alıblar. 30 ədəd kibrit qutusunda olan narkotik maddə maddi sübut kimi polis tərəfindən götürülüb.
Yerdə qalan pul isə polis tərəfindən götürülərək istintaqa təhvil verilib. Hadisəni törədən şəxslər isə nə inandırıcı olmasalar da etdikləri əməldən peşman olduqlarını bildirirlər.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb istintaq aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB