Perunun paytaxtı Limadan 500 km şimal-şərqdə Pukalpa şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 7 nəfər həlak olub. Özəl şirkət olan "Columbia Helicopters"-ə məxsus helikopter gecə saatlarında Tarapoto şəhərinə doğru uçurmuş. Havaya qalxdıqdan 6 dəqiqə sonra o San-Xuan qəsəbəsinin yaxınlığında yerə düşərək partlayıb. Hadisə şahidlərinin məlumatına görə, havada iki yerə parçalanan helikopterin içindəkilər paraşütlərin köməyilə tullanmaq istəyiblər.
Həlak olmuş 7 nəfərin cəsədi tapılıb. Onların arasında 2 ehtiyatda olan hərbçi də var.
Helikopterdə pilotlardan əlavə, neft-qaz yataqlarının kəşfiyyatı şirkətinin əməkdaşları da olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB