Sumqayıtda yaşayış binası yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 65 kvadratmetr olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsində, ümumi sahəsi 10 kv.m olan vanna otağında yanğınla nəticələnən partlayış baş verib.
Hadisə nəticəsində hamamın lambirdən ibarət tavanı və evin dam örtüyü 3 kv.m sahədə yanıb. Ev sahibi yanıq xəsarətləri alıb və yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB