Yaşayış binası partlayıb

Bakı şəhərinin Nərimanov rayonunda yaşayış binasında partlayış baş verib. SİA-nın fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır.

Beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 1 otaqlı mənzilində partlayış nəticəsində mənzilin eyvanının arakəsmə divarları və pəncərə çərçivələri dağılmış, hadisə zamanı evdə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, yanğın hadisəsi olmayıb. Yaralı xəstəxanaya aparılmışdır.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 21:54-də başa çatıb.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə