Şirvanda yeni ilin ilk bayram həftəsinin sonuncu günündə 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, ötən gün axşam saat 20:00 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində Azpetrol yanacaq doldurma məntəqəsinin qarşısında sürücü 1982-ci il təvəllüdlü Hacıqabul rayon sakini Məmmədov Əsgər Əli oğlunun idarə etdiyi VAZ 2106 markalı 90 ES 938 nömrəli avtomobillə Şirvan sakini 1978-ci il təvəllüdlü Əhmədov Samit Ağasəmid oğlunun idarə etdiyi QAZ 3129 markalı 44 BG 085 nömrəli avtomobillər toqquşub.
Bu zaman VAZ 2106 markalı Jiquli yoldan çıxaraq ağaclığa düşüb. Nəticədə VAZ 2106 markalı avtomobildə olan sürücü Məmmədov Əsgər Əli oğlu və sərnişinlər Şirvan sakini 1985-ci il təvəllüdlü Məmmədova Sevda İsmayıl qızı, 1968-ci il təvəllüdlü Hacıqabul sakini Məmmədova Sevinc Həsənağa qızı, 1986-cı il təvəllüdlü Bakı sakini 1986-cı il təvəllüdlü Aslanov Samir Adil oğlu, 1971-ci il təvəllüdlü Bakı sakini Baxşıyeva Gülnaz Seyfəddin qızı və 5 yaşlı Hacıqabul sakini Məmmədov İsmayıl Əsgər oğlu xəsarət alaraq Şirvan mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisəyə səbəb QAZ 3129 markalı avtomabilin yanacaq doldurma məntəqəsindən qəflətən yola çıxması olub.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB