Qusar rayonunda yanğın baş verib

Qusar rayonunda yanğın baş verib. Nəticədə 6 otaqlı mənzil tamamilə alova qərq olub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Fəxrəddin Musayev küçəsində, Sevda Sultanovaya məxsus mənzildə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğndan Mühafizə Xidmətinin qüvvələri və 3 yanğınsöndürən maşını cəlb olunub. Yanğın nəticəsində 64 kv-m sahəsi olan ev yanaraq tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən yanğın baş verən zaman xəsarət alan olmayıb. Buna baxmayaraq mənzildəki əşyalar külə dönüb.

Qusar rayon Yanğından Mühafizə hissəsindən verilən məlumata görə, ilkin versiya kimi hadisəyə elekrtik xətlərindəki qısaqapanma səbəb olub. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Emin Kərimov, Qusar

Bütün xəbərlər Facebook səhifəmizdə