Bakı şəhəri, Sabunçu rayonunda (Mehdiabad və Balaxanı yolunun kəsişməsində) "VAZ" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobilinin toqquşması ilə nəticələnən yol nəaliyyat qəzası baş verib. FHN-nin rəsmi saytına istinadən verilən xəbərə görə, qəzada "Jiquli" deformasiyaya uğrayıb və avtomobilin sürücüsü 35 yaşlı Vəliyev Zamiq Ramiz oğlu hadisə yerində öüb. Daha iki sərnişin isə qəzada müxtəlif dərəcəli xəsarət alıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, qeyd olunan yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB