Sürücü isə xəstəxanaya yerləşdirilib
"Prado" aşdı, qadın öldü

Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin rəsmi saytının verdiyi xəbərə görə, yanvarın 4-də Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindəm keçən hissəsində, Bakı şəhər sakini Fazil Həsənov "Toyota Prado" markalı avtomaşını aşırıb.

Nəticədə avtomobildə olan sərnişin - həyat yoıdaşı Validə Abdullayeva hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir.

Bütün xəbərlər Facebook səhifəmizdə