Təyyarə evə çırpıldı

ABŞ-ın Florida əyalətində təyyarə kiçik bir evə çırpıldı. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, Floridanın şərqində "Beechcraft BE35" tipli təyyarə, mühərrik qəzası səbəbindən və kapitanın təcili vəziyyət xəbərdarlığı verməsindən 12 dəqiqə sonra şose yaxınlığında meşəlik sahədəki evə dəyib.

Qəza zamanı təyyarədə olan 3 nəfərin öldüyü, evdə yaşayan qadının isə yaralandığı bildirilir.

Qeyd edək ki, təyyarə qəzası Florida ştatından Tennessi ştatına uçuşu zamanı baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə