Bu gün Bakı şəhərindəki "Park Bulvar" Ticarət Mərkəzinin damında tüstülənmə olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən məlumata görə, hadisə ticarət mərkəzinin bacasının tutulması nəticəsində baş verib. Hər ehtimala qarşı ticarət mərkəzinə 2 yanğınsöndürən maşını göndərilib. Hadisədə xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB