Bu səhər Bakıda ağır yol qəzası baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxararaq aidiyyətı üzrə təhvil verib. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 06:06-da başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB