Bu gün İndoneziya arxipelaqının şərq hissəsində 5,5 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda İndoneziya Milli Metrologiya, İqlimşünaslıq və Geofizika İdarəsi xəbər verib. Yeraltı təkanların episentri Şimali Molukka əyalətində Xalmaxera adasının cənub hissəsindən 119 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB