Ağcabədidə ev yandı, 1 körpə öldü, 2-si isə yaralandı

Ağcabədidə ev yandı, 1 körpə öldü, 2-si isə yaralandı

Ağcəbədi rayonunda da yeni il qəza, yanğın, insan itkisi ilə qarşılandı. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verilən xəbərə görə, Ağcabədi rayonu, Hacıbədəlli kəndində vətəndaşa məxsus evdə yanğın olub. Dərhal FHN yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 1 otaqlı evin qamış və polietilendən ibarət tavanı yanıb. Evdə nəzarətsiz qalmış 3 azyaşlıdan biri, 2012-ci il təvəllüdlü Rəvan Ruslan oğlu Orucov hadisə yerində ölüb, ikisi isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqadar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə