Ölümlə nəticələnmiş yol qəzasını kim törədib?

Ölümlə nəticələnmiş yol qəzasını kim törədib?

Dekabrın 24-də Orxan İsgəndərovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sürücü hadisə yerindən qaçıb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "KamAZ" markalı avtomaşının sürücüsü Ağcabədi rayon sakini Ceyhun Əsədov tərəfindən törədilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, C.Əsədov məsuliyyətə cəlb edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə