38 cinayət faktı qeydə alınıb

Azərbaycan respublikasının daxili işlər orqanları tərəfindən dekabrın 27-də qeydə alınmış 38 cinayət faktından 17-nin üstü "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılıb. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında qeydə alınmış 2 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Daxili işlər orqanlarının əməkdaşları narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 27 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə