Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ağır yaralanan sürücü əzilmiş avtomobilin içərisində qalıb.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Əməliyyat saat 06:58-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB