ABŞ-da daha bir qanlı hadisə

ABŞ qanlı məktəb qətliamının şokundan çıxmamış yeni bir hücum xəbəri ilə sarsılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nyu-York ştatının şimalındakı Vebster qəsəbəsində yaşayan keçmiş məhbus yanğın törədib, sonra da yanğınsöndürənləri öldürüb. Yanğın baş verən evə gələn yanğınsöndürənlərə atəş açan keçmiş məhbus iki yanğınsöndürəni öldürüb, ikisini isə yaralayıb. Rəsmilər yanğının da bir tələ olduğunu və bu tələni hazırlayanın da intihar etdiyini bildiriblər. Bu qətliamı törədən şəxsin 62 yaşlı Uilyam Spenqler olduğu açıqlanıb. Daha əvvəl nənəsini öldürdüyü üçün 17 il həbsdə yatan Spenqlerin psixoloji vəziyyətinin normal olmadığı bildirilir. Spenqlerin bacısının da yanğında öldüyü, ya da yanğından əvvəl Spenqler tərəfindən öldürülmüş ola biləcəyi qeyd edilir.

Silahlı hücum səbəbilə yanğınsöndürənlərun uzun müddət yanğına müdaxilə edə bilmədiyi, bu vaxt ərzində də 7 evə sıçrayan alovların çətinliklə nəzarət altına alındığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə