Növbəti pomidor turşusu faciəsi

Pomidor turşusundan zəhərlənənlərin sayı artır. Bu dəfə zəhərlənmə hadisəsi Qazaxda qeydə alınıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 24-də Qazax rayon sakinləri Aynur Əliyeva, 3 azyaşlı uşaqları və qonağı Fərqanə Eyyubova qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya gətirilib və onlara tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qeyd edək ki, son günlər Azərbaycanda pomidor turşusundan zəhərlənmə faktlarının sayı kəskin artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə