Evdə 2 naməlum maskalı şəxs...

Evdə 2 naməlum maskalı şəxs...

Ötən gün saat 03.00 radələrində Suraxanı rayonu ərazisində yaşayan Kəmalə Şıxıyevanın evinə girmiş maskalı 2 naməlum şəxs, bıçaqla onu hədələyərək, bacısı Sənubərə küt alətlə xəsarət yetirib, pul vermələrini tələb ediblər.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Ümüd Sultanov və Vaqif Əsədzadə tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə