Akademik Həsən Əliyev küçəsi 208-də AZ -07 markalı 90-DU-067 dövlət nömrə nişanlı maşının üstünə 2-3 metr hündürlüyündə daş hasar aşıb. SİA-nın məlumatına görə, hadisə təxminən 11:30 radələrində baş verib. Hasarın aşması nəticəsində xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib. Avtomobilin sürücüsü hasarın tikinti aparılan əraziyə məxsus olduğunu deyib. Bununla yanaşı, sürücü onu da qeyd edib ki, artıq 2 saat keçməsinə baxmayaraq tikinti aparılan ərazinin sahibi hələ də hadisə yerinə gəlməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB