63 yaşlı qadının naməlum ölümü

63 yaşlı qadının naməlum ölümü

Astara şəhərində ölüm hadisəsi baş verib. SİA-nın verdiyi xəbərə görə, hadisə dekabrın 20-də saat 11:05 radələrində şəhərin Ziya Bünyadov küçəsi, 1 ünvanında qeydə alınıb. Mərhum 1949-cu il təvəllüdlü Leyla Musa qızı Məmmədovanın meyiti qonşuları tərəfindən mənzildəki hamamda aşkarlanıb. Bu haqda dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə aparılıb. L.Məmmədovanın ölümünün dəqiq səbəbləri onun meyitinin daxili və xarici müayinəsinin nəticələrindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə