Şimal bölgəsində iki yol qəzası baş verib

Şimal bölgəsində iki yol qəzası baş verib

Xudat şəhərində 1 nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Yalama yolunun 1-ci km də qeydə alınıb. 49 yaşlı Sumqayıt sakini Şahbala Gülbalayevin idarə etdiyi "Ford" markalı avtomobil, idarəetməni itirərək yolun kənarında dayanmış 24 yaşlı Xudat sakini Samir Muradova məxsus BMV markalı avtomaşınla toqquşub.

Nəticədə Fordda olan sərnişin şəxsiyyəti hələ məlum olmayan bir nəfər dünyasını dəyişib. Sürücü isə müxtəlif bədən xəsarətləri ilə Xudat RMX-na yerləşdirilib.

2 nəfərin ağır xəsarət alması ilə nəticələnən digər bir qəza isə Quba-Qusar yolunun 9-cu km-də, Xucbala kəndi ərazisində baş verib. Quba sakini Faiq Əlimirzəyevin idarə etdiyi Mersedes markalı avtomobillə, Həkim Babayevin idarə etdiyi "Vaz-2106" markalı avtomobilin toqquşub. Hadisə nəticəsində "Vaz-2106"-nın sürücüsü və şərnişin Alışova Mehriban Bayram qızı ağır xəsarət alıblar. Yaralılar dərhal Quba RMX-na çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır.

Hazırda hər iki hadisə ilə bağlı araşdırma aparılır. Təyin edilən ekspertizaların rəyindən sonra qəzalara düzgün hüquqi qiymət veriləcək.

Emin Kərimov, Quba-Xaçmaz

Bütün xəbərlər Facebook səhifəmizdə