Yaşma bağlarındakı evləri su basıb YENİLƏNİR

Yaşma bağlarındakı evləri su basıb YENİLƏNİR

Sumqayıt şəhəri Yaşma bağları massivində bir neçə evi və evlərin həyətyanı sahəsini su basıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri Yaşma bağları massivində qarın intensiv əriməsi səbəbindən bir neçə fərdi yaşayış evi və həyətyanı sahələr su ilə dolub, insanlar həmin evlərdə köməksiz vəziyyətdə qalıblar.

FHN Sumqayıt Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb. Keçirilmiş xilasetmə əməliyyatları nəticəsində köməksiz qalan 3 sakin xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə