Ukraynada kəskin soyuqlar nəticəsində 18 nəfər ölüb. SİA-nın məlumatına görə, ölənlərdən 12-sini küçədə don vurub. Səhiyyə Nazirliyindən bildirilib ki, müalicə müəssisələrinə 133 nəfər müraciət edib. Onlardan 108-i xəstəxanalara yerləşdirilib.
Daha çox ölüm halları Volın və Kiyev vilayətlərində qeydə alınıb - hər birində 3 nəfər. Həkimə müraciət edənlərin sayı isə Donetsk, Lvov və Luqansk vilayətlərində daha çoxdur.
Qeyd edək ki, Ukraynada güclü şaxtalar qeydə alınıb. Ötən axşam 15-17 dərəcə şaxta olub. Bu gün də ölkə ərazisində şaxtalı havanın davam edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB