İnsanların həyatına qəsd etməsi etiraz formalarından biridir
Öncə onu qeyd edək ki, bir çox hallarda özünə qəsd edən şəxsin qohum-əqrabaları səbəbi açıqlamağa o qədər də maraqlı olmurlar. Bunun başlıca səbəbi ailə sirlərinin gizlədilməsinə meylliliklə bağlıdır. İntihar bir etiraz forması olsa da, dünyanın hər yerində bunun üçün insanlar eyni yolu seçmir. 2012-ci ildə Azərbaycanda hər ay orta hesabla 30 nəfər həyatına qəsd edib. Hər bir insanın özünü həyatdan məhrum etməsi nə qədər faciəli olsa belə, hər ay ən azı bir neçə nəfər daha dəhşətli üsula əl atır. Bizim apardığımız araşdırmaya görə, ilin 11 ayı ərzində ölkədə 50 nəfərə qədər insan dəhşətli intihar yolunu seçib. Qeyd edək ki, dəhşətli intiharla həyatına qəsd edənlər arasında müxtəlif yaş qrupundan olan insanlar var.
Özünü hündürlükdən atanlar
Teleqraf.com-un məlumatına görə, Azərbaycanda il ərzində insanlar intihar məkanı kimi çayların üzərindəki körpüləri, dəniz və su kanallarının sahilərini, binaların müxtəlif mərtəbələrini seçirlər. Oktyabr ayının 3-də Bakının Səbail rayonunda baş verən intiharı ilin ən dəhşətli olayı hesab etmək olar. Belə ki, 21 yaşlı Vəfa Əliyeva Fikrət Əmirov küçəsində yerləşən "Landmark" otelinin 20-ci mərtəbəsində yerləşən restoranın pəncərəsindən özünü yerə atıb və hadisə yerindəcə keçinib. İntiharın səbəbləri məlum olmasa da, gənc qızın ölümündən əvvəl yazdığı məktub tapılıb. Restoranda heç bir qida qəbul etməsə də, həddindən artıq içkili olan V.Əliyeva məktubda özünü öldürdüyü üçün ailəsindən üzr istədiyini bildirib və bağışlanılmasını istəyib.
Həmin ay Bakının Nizami rayonunda yaşayan, 73 yaşlı Dilarə Babayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Oktyabrın 16-da Salyan rayonunda da dəhşətli intihar hadisəsi baş verib. Salyan şəhərində, 16 yaşlı Məmmədhüseyn Hüseynov (orta məktəbin 11-ci sinif şagirdi) yaşadığı binanın 9-cu mərtəbəsinə çıxaraq, özünü aşağı atıb. O, hadisə yerində keçinib. İlkin araşdırmalar zamanı intihar edən məktəblinin məktubu tapılıb. Məktubda yazılıb: "Artıq yaşamaq istəmirəm, həyatdan bezmişəm". Mərhum özünü atmamışdan qabaq binanın blokunda rastlaşdığı uşağa dəftərini və mobil telefonunu verərək anasına çatdırmağı xahiş edib. Dəftərin arxasına isə bu sözləri yazıb: "Mən bu həyatdan bezdim!"
Həyat yoldaşını baltaladı, özünü 7-ci mərtəbədən atdı
Fevralın 17-də Yasamal rayonunda qeydə alınan intihar dəhşətli olması ilə yanaşı, həm də ailə faciəsidir. Yeni Yasamal qəsəbəsində yaşayan, 42 yaşlı Nail Tahirov həyat yoldaşı, 34 yaşlı Simuzər Tahirovanı baltalayıb. Qadının öldüyünü düşünən ər daha sonra 7-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Simuzər Tahirova dərhal xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.
Mart ayının 15-də Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 22 mərtəbəli Biznes Mərkəzinin binasının 10-cu mərtəbəsindən Bakı şəhər sakini, 28 yaşlı Fərəh Ağazadə özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun ruhi xəstə olduğu bildirilib.
Aprelin 4-də Xətai rayonunda yaşayan qohumlarıgilə qonaq gələn Gürcüstan vətəndaşı, 71 yaşlı Gözəl İmaməliyeva özünü 9-cu mərtəbədən atıb. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Mərhumun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Onun intihar etməsinə sağalmaz xəstəliyə düçar olması və şiddətli ağrılara dözə bilməməsi səbəb olub.
Belə ki, G.İmaməliyeva ağciyər xərçəngindən əziyyət çəkirmiş və ağrılardan yata bilmirmiş. O, bir gün əvvəl Gürcüstandan Bakıya müalicə üçün gəlib və oğlunun evinə yerləşib. Lakin sonradan sağalmaz xəstəliyə düçar olduğunu anlayaraq intihar edib.
Daha bir dəhşətli intihar hadisəsi mayın 15-də Bakıda baş verib. Yasamal rayonu, Yeni Yasamal massivində yaşayan 32 yaşlı Yuliya Xodukina özünü 9-cu mərtəbədən atıb. Özünə qəsd edən gənc qadın Bülbül adına musiqi məktəbində konsertmeyster işləyirmiş. O, ailəli olsa da, bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onun bir azyaşlı uşağı qalıb. Peşəkar musiqiçinin özünə qəsd etməsinin səbəbi isə açıqlanmayıb.
Mayın 18-də Nərimanov rayonunda yaşayan Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Orxan Kərimli özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi olan 20 yaşlı O. Kərimli hadisə yerindəcə keçinib.
Mayın 23-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini, 15 yaşlı Nigar Əlizadə yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. Məlum olub ki, hadisə baş verən gün evə gec gəlib. Valideynləri evdə olmadığından nənəsi onu danlayıb. Bundan başqa, orta məktəb şagirdi olan N.Əlizadənin adı açıqlanmayan oğlanla sevgi münasibətinin olması da aşkarlanıb.
Valideynlərinin ölüm günü intihar etdi
Azərbaycan paytaxtında daha bir dəhşətli intihar may ayının son günlərində Nərimanov rayonunda qeydə alınıb.19 yaşlı Arzu Məmmədova rayonun Əliyar Əliyev küçəsində yerləşən binanın 19-cu mərtəbəsindən özünü atıb. Bildirildiyinə görə, gənc qız 5 yaşında valideynlərini itirib. Xalasının himayəsində yaşayan A.Məmmədova bu illər ərzində tez-tez intihar edəcəyini deyirmiş. Nəhayət o, mayın 28-də, valideynlərinin ölüm günü özünə qəsd edib.
İyunun əvvəllərində Sumqayıt şəhərində Çernobıl əlili özünü öldürüb. 10-cu mikrorayonda şəhər sakini, 50 yaşlı Nəriman Abbasov özünü 9-cu mərtəbədən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri açıqlanmayıb.
Qadın və əsgər özlərini dağdan atdı
İyunun 11-də İsmayıllı rayonunda dəhşətli intihar hadisəsi qeydə alınıb. Pirdavud yaylağında rayonun Qalacıq kənd sakini, 41 yaşlı Gülyaz Mürşüdova özünü yüksəklikdən dərəyə ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər özünü dağdan atıb. 2010-cu ilin oktyabrında hərbi xidmətə çağırılan əsgər Samir Adıgözəlov intizam xarakterli hərbi hissədə cəza çəkirmiş. O, naməlum səbəbdən özünü dağdan atıb. Evin tək oğlu olan Samirin atası dünyasını dəyişib, anası isə qara ciyər xəstəliyindən əziyyət çəkir.
Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan, 25 yaşlı Nərgiz Məmmədova 7-ci mərtəbədən özünü məlum olmayan səbəbdən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Xətai rayonunda 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan Nuşirəvan Cəfərov özünü eyvandan atıb. 73 yaşlı kişi hadisə yerində keçinib.
Əri xəyanət etdi, özünü öldürdü
Nizami rayon sakini, 24 yaşlı Kifayət Cəbrayılova da özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Nizami rayonu 25-ci polis bölməsinin sahə müvəkkili Ədalət Hüseynovun gəlini olduğu bildirilən Kifayət Cəbrayılova bir neçə ay əvvəl ailə həyatı qurubmuş. K.Cəbrayılovanın intiharında ilkin versiya kimi təzə gəlinin həyat yoldaşının ona xəyanət etməsi göstərilib. Buna dözməyən Kifayət çıxış yolunu intiharda görüb və özünü 9-cu mərtəbədən atıb.
Noyabrın 11-də Mənsimov Mənsim Kərim oğlu yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evində ailə münasibətləri zəminində arvadı Zenfira Mənsimovanın və qızı Sevinc Mənsimlinin baş nahiyələrinə balta ilə zərbələr endirərək hər ikisini qəsdən öldürüb. Bundan sonra M.Mənsimov otaqda divara vurulmuş dəmir parçasına bərkitdiyi kəndirdən özünü asaraq intihar edib.
Silahla özünü öldürənlər
Daxili Qoşunların Bakıda yerləşən "N" saylı hərbi hissəsində əsgər, 28 yaşlı Azər Həsənov xidməti silahı ilə özünü vurub. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.
Bakı şəhər sakini Əhməd Babayev Qəbələ rayonunun Bum qəsəbəsi ərazisindəki evində, qardaşı Qiyasa məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Ə.Babayev iş adamı idi. O, Xətai rayonu ərazisində restoran işlədirmiş. Ailəli, 2 uşaq atası olan 50 yaşlı kişinin həyatına qəsd etməsinin səbəbləri açıqlanmayıb.
Aprelin 3-də Nərimanov rayonu ərazisində yaşayan Anar İsmayılov intihar məqsədi ilə baş nahiyəsinə tapançadan atəş açıb. O, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
Aprelin 27-də Göyçay rayonunun Qaraməryəm kənd sakini Mustafa Saabov ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Balakən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Asif Qasımov tabel silahı ilə başından atəş açaraq özünü öldürüb. Mayorun özünə qəsd etməsinin səbəbləri barədə dəqiq məlumat verilməsə də, onun son vaxtlar sağalmaz xəstəliyə tutulduğu bildirilib.
Şabran rayonu, Ərəblər kənd sakini, 38 yaşlı Elçin Nəcəfov ov tüfəngindən atəş açaraq özünü öldürüb. Üç uşaq atası olan mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Nərimanov rayonunda yaşayan, Naxçıvan Muxtar Respublikası sakini, 58 yaşlı Rafael Əhmədov "Baykal" tipli qoşalülə ov tüfəngindən sol döş nahiyəsinə atəş açaraq özünü öldürüb.
Avqustun 31-də axşam saatlarında Xaçmaz rayonu, Alekseyevka kənd sakini, 84 yaşlı Möhübbət Məmmədov həyat yoldaşı, 55 yaşlı Xatın Məmmədovanı, 14 yaşlı qızı Xatirəni, sonra isə özünü ov tüfəngi ilə öldürüb. Hadisənin səbəbləri açıqlanmayıb.
40 yaşlı qadın diri-diri yandı
Avqustun 9-na keçən gecə Bakıda dəhşətli intihar hadisəsi baş verib. Səbail rayonunun Bayıl qəsəbəsində yaşayan Sevda Bayramova ağır dərəcəli yanıq xəsarətləri ilə 5 saylı xəstəxanaya daxil olub. Lakin çox keçmədən qadın keçinib. Məlum olub ki, 40 yaşlı S.Bayramova saat 02:30 radələrində üzərinə benzin tökərək özünə od vurub. Qadının hansı səbəbdən özünü yandırması məlum deyil.
Xətai rayonunda yaşayan, 25 yaşlı Anar Misirxanov üstünə benzin tökərək özünü yandırıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, bir neçə saatdan sonra orada dünyasını dəyişib. İntihar edən A.Misirxanovun "Embawood" şirkətində işlədiyi bildirilib.
"KredAgro" Bank Olmayan Kredit Təşkilatının Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən ofisində Bakı şəhər sakini, 64 yaşlı Səadət Həsənova üstünə benzin tökərək özünə yandırıb. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən qadını xilas etmək mümkün olmayıb. Hadisənin motivi məlum deyil.
Abşeron rayonu, Masazır qəsəbə sakini, 36 yaşlı Sevda Babayeva özünü yandırıb. Nəticədə xəstəxanaya yerləşdirilən qadın aldığı xəsarətdən orada dünyasını dəyişib.
Sentyabrın 6-da Sumqayıt şəhər sakini Elman Tanrıverdiyev intihar məqsədi ilə üstünə neft tökərək özünü yandırıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E. Tanrıverdiyev sentyabrın 7-də orada dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbləri barədə dəqiq məlumat verilməsə də, yeni ailə qurduğu bildirilib.
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində 53 yaşlı Zərifə İsmayılova üzərinə benzin tökərək özünə od vurub. Yaxınlarının cəhdinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Ağlagəlməz intihar: özünü çayda batırdı
Zərdab rayonu, Bıçaqçı kənd sakini 58 yaşlı Əli Valikov özünü ağlagəlməz üsulla öldürüb. O, boğazına kəndir, onun digər ucuna isə 15 kiloqramlıq metal bağlayaraq özünü Kür çayına atıb. Ə.Valikovun meyiti özünü atdığı yerdən kənarda çaydan tapılıb. Verilən məlumata görə, onun müxtəlif şəxslərə borcu olub.
Növbəti ağlagəlməz intihar da Zərdab rayonunda qeydə alınıb. Gəlmə kənd sakini, 73 yaşlı Cəbrayıl Cəbrayılov özünü yüksək gərginlikli elektrik naqillərinə bağlayıb. Hadisə onun yaxınlarının gözü qarşısında baş verib. C. Cəbrayılov dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının sözlərinə görə, yaşlı kişi əsəb xəstəsi olub və daim həyatından şikayət edib. Onun əvvəllər də bir neçə dəfə özünə xəsarət yetirdiyi bildirilib.
Görünməmiş intihar hadisəsindən biri paytaxtda baş verib. Aprelin 11-də Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan 23 yaşlı Riyad Qasımov gecə saatlarında elektrik naqillərini qoluna, bilək nahiyəsinə bağlayıb. Daha sonra o, naqilləri elektrik cərəyanı mənbəyinə birləşdirib. O, hadisə yerindəcə keçinib. R.Qasımovun aprelin 11-də çalışdığı şirkətdə işdən çıxarıldığı bildirilib.
Aprelin 10-da Xətai rayonunun Mərdəkan qəsəbə sakini, 37 yaşlı Elşən Məlikov özünə məxsus "KamAz" markalı maşının yük yerində olan ağır dəmir parçasının altına başını qoyaraq intihar edib. Dəmir parçasının zərbəsindən onun beyni dağılıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Televiziya aparıcısı özünü doğrayıb, 76 yaşlı kişi boğazını kəsib
Oktyabrın 10-da Yevlax rayonunda dəhşətli intihar hadisəsi baş verib. Yevlax şəhərində, 22 yaşlı Lətif Lətifov özünü bıçaqlayaraq intihar edib. Həyatına qəsd edən L.Lətifov Yevlaxda fəaliyyət göstərən regional "EL" televiziyasının aparıcısı olub. Bir gün əvvəl Şəkidən Yevlaxa gələn gənc intihar edib. Onun qan içində olan meyiti yaşadığı evin hamamında aşkarlanıb.
Xətai rayonunda yaşayan, 39 yaşlı Yevgeni Malburov yaşadığı evdə özünü doğrayıb. Nəticədə o, çoxlu qan itirdiyindən dünyasını dəyişib.
Yasamal rayonunda yaşayan, 76 yaşlı İosif Şahmərdanov bıçaqla boğazını kəsib. Nəticədə arteriyası kəsilən İ. Şahmərdanov yerindəcə dünyasını dəyişib.
Nəsimi rayonunda isə 42 yaşlı Vüqar Əliyev damarlarını kəsərək intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri açıqlanmayıb.
Aprelin 11-i gecə Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini, 22 yaşlı Müşfiq Ramazanov qollarını kəsərək intihar edib.
Hacıqabul şəhər sakini, 47 yaşlı Tapdıq Ələkbərov evinin hamamında mətbəx bıçağı ilə boğazına və sol döş nayihəsinə xəsarətlər yetirmək və sol qolunu 3 yerdən kəsməklə intihar edib.
T. Ələkbərovun yaxınlarının iddiasına görə, intihara mərhumun təxminən 2000 manat borcunun olması və bu borcu ödəyə bilməməsi səbəb olub.
Mayın 14-də axşam saatlarında Bakıda polis nəfəri həyatına qəsd edib. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, idarədə operator işləyən polis serjantı, 42 yaşlı İlqar Əliyev özünə bıçaqla çoxsaylı xəsarət yetirib. Məlumata görə, İ.Əliyev Yeni Suraxanı qəsəbəsindəki evində həyat yoldaşı və uşaqları ilə vidalaşıb. Daha sonra hamam otağına keçən polis burada qol, qarın nahiyəsinə bıçaq zərbələri endirib. O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
İlkin məlumatda bildirilib ki, Suraxanı RPİ-də işləyən İ.Əliyev son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkib və özünə qapanıb.
Nəsimi rayonunda Bakı şəhər sakini, 52 yaşlı Sərdar Babayev yaşadığı evdə qollarını doğrayıb. O, çoxlu qan itirdiyindən dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, onun bir müddət əvvəl həyat yoldaşından ayrıldığı bildirilib.
Sentyabrın 29-da Nərimanov rayonu ərazisində ağır cinayət hadisəsi törədilib. 54 yaşlı Zabil Nəhmətov həyat yoldaşı, 51 yaşlı Balaqız Babayevaya çoxsaylı bıçaq zərbələri endirib. Arvadını öldüyünü düşünən kişi daha sonra bıçağı ürəyinə sancıb və hadisə yerindəcə keçinib. B.Babayeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və onun həyatı xilas edilib.
Sentyabrın 27-də Yasamal rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib. Yeni Yasamal qəsəbəsindən 32 yaşlı Cəmaləddin Əsgərov kəsilmiş-deşilmiş xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin ürəyindən ağır xəsarətləri olan C.Əsgərovun həyatını xilas etmək mümkün olmayıb. Məlum olub ki, o, bıçağı özü-öz ürəyinə sancıb.
Gənc oğlan özünü qatarın altına atıb
Ağstafa rayonunda 24 yaşlı Fətəli Yaqubov özünü Bakı-Qazax qatarının altına ataraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB