Şirvanda yas mərasimində maye qaz balonu partlayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün səhər saat 10:55 radələrində Şirvan şəhərinin Köhnə Şəhər adlanan yaşayış massivində H.Aslanov küçəsi ev 36 ünvanında 1965-ci il təvəllüdlü Abbasova Ofelya Nüsrət qızına məxsus həyətyanı 1 mərtəbəli 3 otaqdan ibarət 70 kvadratmetrlik mənzildə yanğın baş verib.
Yanğın zamanı evin sahibi Abbasov İslam rəhmətə getdiyi üçün həmin ünvanda yas mərasimi keçirilirmiş. Məişət qazı olmadığından yasa gələn qadınların oturduğu otaqı isindirmək üçün məciburiyyət qarşısında qalıb maye qaz bolonundan istifadə olunub. Bu zaman qəflətən qaz balonu alışıaraq partlayıb, alov yaranıb. Şirvan Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə gələrək yangının qarşısını alıblar.
Vətəndaşlar illərdir ki, həmin ərazidə yerləşən mənzillərə qaz verilmədiyindən şikayətləniblər. Xatırladaq ki, ötən il həmin həyətlə eyni sırada yerləşən mənzildə də qazın olmaması ucbatından gənc oğlanın həyatının itirilməsi ilə nəticələnən hadisə baş vermişdi. Bu dəfə xoşbəxtlikdən partlayış zamanı xəsarət alan olmayıb. Əlaqədar təşkilatlar yəqin ki, insanların həyatının təhlükədə olmasını nəzərə alaraq, haqlı narazılıqları aradan qaldırmaq üçün lazımi qərar verəcəklər.
İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB