Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün 17:02 radələrində metronun "20 Yanvar" stansiyasında oğurluq hadisəsi baş verib. Belə ki, Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Abdulov Bakı şəhər sakini Kənan Paşayevin işlədiyi köşkdən 76 ədəd lotoreya bileti oğurlayıb. Oğurluq edən şəxs BPİ Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Bununla yanaşı noyabrın 23-nə keçən gecə A.Manafov küçəsində yeləşən, Ramella Şahhüseynovaya məxsus mağazadan oğurluq edilib. Hadisəni törədən şəxs qapını sındırma yolu mağazaya daxil olaraq noutbuk, danışıq kartları və tütün məmulatları oğurlayıb. Nizami rayon Polis İdarəsi Cinayət Axtarışlar Şöbəsinin və 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq edən Bakı şəhər sakinləri Taleh Mustafayev və Zaur Quliyev noyabrın 30-da saxlanılıb. Aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, saxlanılan Taleh Mustafayev Xətai rayonu ərazisində eyni mağazadan ayrı-ayrı vaxtlarda 3 dəfə oğurluq edib. Belə ki, o avqustun 4-nə keçən gecə Mənsur Abdinova məxsus 2944-cü məhəllədə yerləşən mağazadan qapını sındırma yolu ilə 50 cüt ayaqqabı və DVD, oktyabrın 6-na keçən gecə eyni mağazadan 25 cüt ayaqqabı və nəzarət aparatının monitorunu, noyabrın 5-nə keçən gecə isə 12-cüt ayaqqabı və monitor oğurlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB