FHN Abşeronun köməyinə çatıb

Abşeron rayonunda yaşayış evində yanğın olub. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan 6 otaqlı evin dam örtüyü, 5 otağın yanar konstruksiyaları və ev əşyaları 200 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Baş vermiş yanğın FHN-nin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə