Səhiyyə Nazirliyinin binası yanıb

Səhiyyə Nazirliyinin binası yanıb

Gəncədə Səhiyyə Nazirliyinə məxsus inzibati binada yanğın olub. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda Səhiyyə Nazirliyinə məxsus inzibati binada ümumi sahəsi 15 kv.m olan baş tibb bacısının otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb. Binanın qalan otaqları yanğından mühafizə olunub. Baş vermiş yanğın FHN-nin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə