Şəmkir rayonunda mənzillərin birindən oğurluq edilib. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Seyidova Şəhla Calal qızına məxsus evdən 5000 rus rubluna yaxın pul, xeyli qızıl-zinət əşyası oğurlayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində artıq mənzili qarət edən, bir dəfə məhkum olunmuş Həsənov Vüsal Elxan oğlu saxlanılıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq bəndi ilə iç açılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB