Haciqabulda yanğın hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Hacıqabul rayonu M.Müşviq küçəsi 52 ünvanında, 1961-ci il təvəllüdlü Abbbasova Sevda Əli qızına məxsus bir mərtəbəli fərdi yaşayış evi əşyalarla birlikdə təmamilə yanaraq külə dönüb. Hadisə bu gün saat 15.40 radələrində baş verib. Yanğn ümumilikdə 90 kvadrat metr ərazini əhatə edib. Yanğın baş verən zaman evdə yatan körpə uşaqdan başqa heç kim olmayıb. İlk anda hadisədən xəbər tutan ana körpəni tüstünün əhatəsindən xilas edə bilib. Ev sahibinin bildirdiyinə görə yanğında 10 min manat dəyərindən çox ev əşyaları yanaraq sıradan çıxıb.
Yanğının söndürülməsinə FHN Hacıqabul rayon yanğından mühafizə xidmətinin 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğın söndürülüb. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.
Yanğına küləkli havanın elektrik xəttlərində yaratdığı qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB