Şimal bölgəsində müşahidə edilən yağışlı hava şəraiti Xaçmaz rayonun Xudat şəhərində fəsadlar törədib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, şəhərin Osman Mirzəyev küçəsində yerləşən 10-dan artıq evə ziyan dəyib. Yerli sakinlərin verdiyi məlumata görə, yağış suları mənzillərin zirzəmilərinə və həyətlərinə dolub.
Sakinlərin dediyinə görə, hadisəyə intensiv yağış nəticəsində küçədə yerləşən su arxının daşması səbəb olub.
Xaçmaz RİH başçısının Xudat İƏV üzrə nümayəndəsi Murad Hacızadənin verdiyi məlumata görə, artıq evlərin həyətlərinə yığılan su nasoslar vasitəsilə çəkilir. Bunun üçün əraziyə FHN-nin Şimal Regional Mərkəzinin əməkdaşları cəlb olunub.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB