DSMF-nin şöbə müdiri bıçaqlanıb

DSMF-nin şöbə müdiri bıçaqlanıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran rayon şöbəsinin müdiri bıçaqlanıb. SİA-nın məlumatına görə, 1953-cü il təvəllüdlü Ramiz Musarza oğlu Əzimova Vilvan kəndində yaşadığı evin həyətində naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub. Hadisə gecə saat 1 radələrində baş verib. Şöbə müdiri Lənkəran Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində yerləşdirilib və onun vəziyyətinin stabil olduğu bildirilib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə