Bakıda yaşayış binası yanır

Paytaxt Bakıda yaşayış binasında yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə bu gün saat 11.30 radələrində Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 9 ünvanında qeydə alınıb. 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verən yanğının qarşısını almaq məqsədi ilə əraziyə xeyli sayda yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə