Ağdaşda torpaq uçqunu baş verib

Ağdaşda torpaq uçqunu baş verib

Ağdaş şəhərində torpaq uçqunu baş verib, 2 nəfər xəsarət alıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ağdaşda qazıntı işləri zamanı torpaq uçqunu baş verib. Hadisədən sonra nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ərazidə qazıntı işləri aparan şirkətdə fəhlə işləyən 2 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdirma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə