Bakının Yasamal rayonunda "VAZ" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobili toqquşub. FHN-dan SİA-ya verilən məlumata görə, nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilin sürücüsü, 1974-ci il təvəllüdlü Məmmədov Murad Həsənəli oğlu hadisə yerində ölüb.
Hadisə yerində dərhal təhülkəszilik tədbirləri görülüb. Xilasedicilər xüsusi alət və avadanlıqlarla deformasiyaya uğramış avtomobildən sürücünün sıxılmış vəziyyətdə qalmış cəsədini çıxarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB