Şirvanda qatar avtomobili vurdu

Şirvanda qatar avtomobili vurub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün axşam saat 18:30 radələrində Şirvan şəhərinin Naxçıvan küçəsində dəmir yol xəttinin üzərində Salyan rayon sakini, 1963-cü il təvəllüdlü İbadov Bilal Vəli oğlunun idarə etdiyi VAZ 2106 markalı 10 FO 331 nömrəli avtomaşınla hərəkətdə olan qatar toqquşub. Nəticədə avtomobil yoldan kənara düşüb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə