Yaşayış binasında partlayış oldu

Yaşayış binasında partlayış oldu

Bakının Xətai rayonunda köhnə tikilidə partlayış olub. Fövqəladə Hallar nazirliyinin (FHN) rəsmi saytına istinadən verilən məlumata görə, partlayış nəticəsində, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan üçotaqlı mənzilin mətbəxinin əsas divarları və 3 otağının tavanı və 1-ci mərtəbəsində digər vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan üçotaqlı mənzilin 2 otağının əsas divarları dağılıb, mənzildə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Xəsarət alan şəxs xəstəxanaya aparılıb. Yanğın olmayıb. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.

Hadisə ilə əlaqədər müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə