Onun bədənin 80 faizi yandığı bildirilir
Qusar rayonunda intihara cəhd hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Urva kəndində qeydə alınıb. 29 yaşlı kənd sakini Aygün İlham qızı Yunusova üzərinə dizel yanacağı tökərək özünü yandırıb. O, dərhal Qusar RMX-na çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir. Onun bədənin 80 faizi yanıb.
Hazırda faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır. Şöbədən verilən məlumatda qadının psixi çatışmazlığı olduğu deyirlir.Belə ki, bundan öncə də o bir neçə dəfə intihat etməyə cəhd göstərib.
Qeyd edək ki, Aygün Yunusova ailəlidir, bir uşağı var.
Emin Kərimov, Qusar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB