BDU-da tələbəni bıçaqladılar

BDU-da tələbəni bıçaqladılar

Bakı Dövlət Universitetinin (BDU) qarşısında bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, Klinik Tibbi Mərkəzdən bildirilib ki, hadisə bu gün saat 15.00 radələrində baş verib. 1985-ci il təvəllüdlü Məhərrəmov Şamxal naməlum şəxs tərəfindən bıçaqlanıb. Ş. Məhərrəmov ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə