Xaçmazda iki yol nəqliyyat hadisəsində 6 nəfər xəsarət alıb. Qəzaların biri qaz quşu ucbatından baş verib. Nəticədə 5 nəfər xəsarət alıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə belə olub: Gəndob-Yalama yolunun Mehrəliqışlaq kəndi ərazisində qeydə alınan qəzada 62 yaşlı Xaçmaz sakini Fərman Hüseynzadənin idarə etdiyi VAZ-2106 markalı avtomobil 33 yaşlı Xudat sakini Osman Hüseynovun idarə etdiyi "Daevo Neksiya" markalı avtomobillə toqquşub. VAZ-2106-nın sürücüsü Fərman Hüseynzadə avtomobilini idarə edərkən qabağına qaz çıxıb, qazı vurmamaq üçün də o avtomobilini döndərərək içində 5 nəfər olan "Nexsia"ya vurub.
Hadisə nəticəsində sürücülər daxil olmaqla 5 nəfər yüngül xəsarət alıb. VAZ-2106-nın sürücünün sözlərinə görə, qəflətən onun qarşısına qaz sürüsü çıxıb. Bu zaman idarəetməni itirib və qəza baş verib. Digər avtomobilin sürücüsü isə sığorta şirkətindən narazılıq edib.
Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində daha bir qəza baş verib. İki minik avtomobilin toqquması nəticəsində 1 nəfər – 62 yaşlı Xaçmaz sakini Ağadadaşova Fatma Tərlan qızı xəsarət alıb. Yaralı Xaçmaz RMX-na yerləşdirilib.
Baş vermiş hər iki qəza ilə bağlı BDYP-də araşdırma aparılır.
Emin Kərimov, Xaçmaz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB