DYP maşınını belə vurdular

Qəzanı "Mitsubishi-Pajero" markalı avtomobil törədib

Bu gün saat 13:00 radələrində Abşeron rayonu ərazisində yol polisinin avtomobili qəzaya uğrayıb. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib.

Belə ki, Baba İsrafil oğlu Əsgərovun idarə etdiyi "Mitsubishi-Pajero" markalı, 90 CS 916 dövlət nömrə nişanlı avtomobil yol qaydasını kobud şəkildə pozaraq qarşıda dayanan "BMW" markalı Yol Patrul Xidmətinə məxsus avtomobilə çırpılıb. Xoşbəxtlikdən qəza nəicəsində xəsarət alan olmasa da, hər iki maşın əzilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə