1 yaşlı qız çuxurun qurbanı oldu

1 yaşlı qız çuxurun qurbanı oldu

Bakı şəhərində körpə ehtiyyatsızlığın qurbanı olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisindəki evlərdən birində baş verib. Adıçəkilən ünvanda yaşayan 1 yaşlı Sədaqət Piriyeva ehtiyatsızlıqdan həyətlərindəki çuxura düşüb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə