Gizli yolla gətirilən zərgərlik məmulatları aşkarlanıb

Gizli yolla gətirilən zərgərlik məmulatları aşkarlanıb

Azərbaycan gömrükçüləri Türkiyədən ölkəyə gizli yolla zərgərlik məmulatlarının gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Sirac Məmmədovun əl çantasına baxış zamanı çantadakı şəxsi əşyaların arasındakı iki ədəd qutuda qızıl zinət əşyaları - 27 ədəd üzük, 57 cüt sırğa (4 cütü rəngli daşlarla), 3 ədəd qolbaq, 6 ədəd kulon, 4 ədəd boyunbağı, 1 ədəd üzük və sırğa cütü dəsti, 1 ədəd sırğa cütü və kulon dəsti aşkar olunaraq götürülüb. İlkin araşdırma zamanı S. Məmmədov aşkar edilmiş zərgərlik məmulatlarını Türkiyənin İstanbul şəhərindən satış məqsədilə aldığını, həmin malları gömrük orqanına yazılı qaydada bəyan etməməsinin səbəbini isə qanunları yaxşı bilməməsi ilə izah edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən 585 və 750 əyarlı qızıldan hazırlanmış həmin zərgərlik məmulatlarının ümumi çəkisi 993,8 qram müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə